!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tək Millət, Tək Ürək": Şəhid analarının Türkiyəyə səfəri təşkil edildi - FOTO

!Reklam – Yazi

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Ictimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və Türkiyənin Azərbaycandakı keçmiş səfiri Ərkan Özoralın himayəsində, “Makro 2000 Eğitim Teknolojileri Inşaat Taahhüt İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan filialının dəstəyi ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan “Qardaş Ailə” layihəsi çərçivəsində şəhid ailələrinin Türkiyəyə səfəri həyata keçirilib.

“Qardaş Ailə” layihəsi azərbaycanlı və türk şəhid ailələrini bir araya gətirərək, var olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

22-27 oktyabr 2023-cü il tarixləri arasında “Qardaş Ailə” layihəsi çərçivəsində TÜİB və Azərbaycan Respublikası Müdafiə Naziriliyinin birgə təşkilatçılığı ilə vətən uğrunda canından keçən şəhidlərimizin – polkovnik-leytenant Vidadi Xəlilov, mayor Fərid Ələkbərov, baş leytenant Rauf Əsgərov və əsgər Natiq Məmmədbəylinin anaları Kayseri Universitetinin ev sahibliyində Türkiyənin Kayseri şəhərində səfərdədir.

Şəhid analarımızı səfərdə Müdafiə Naziriliyinin Şəxsi heyət baş idarəsinin şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova və TÜİB-in təhsil və mədəniyyət komissiyasının sədri Raqıp Sarı müşayiət edir.

Səfər zamanı şəhid anaları Kayseri valisi Gökmən Çiçək tərəfindən qəbul ediliblər.

Ziyarət zamanı şəhid anaları qəhrəman oğullarının həyat hekayəsini bölüşüb, duyğu dolu anlar yaşanıb.

Sonda xatirə hədiyyələri təqdim edilib.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv