Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Tək Millət, Tək Ürək": Türkiyədə təhsil alacaq Şəhid və qazi övladları ilə görüş keçirildi - FOTO

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyədə təhsil alacaq Şəhid və qazi övladları ilə görüş keçirildi.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə -Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın dəstəyi və təşkilatçılığı ilə yaradılan “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Türkiyənin Sivas Universitetində təhsil alacaq Şəhid və qazi ailələri, onların övladları 27 sentyabr 2021-ci il tarixində Türkiyəyə yola salındı. Bununla əlaqədar Türkiyənin Bakıdakı səfirliyində tədbir keçirildi. Tədbirdə Qardaş Türkiyə Cümhuriyyətinin Böyükelçisi cənab Cahit Bağcı, millət vəkili Ramil Həsən, TÜİB sədri Hüseyin Büyükfırat, Yaşat Fondunun rəhbəri Elvin Hüseynov, qeyri-hökumət təşkilatlarının nümayəndələri, qazi və şəhid yaxınları iştirak edirdi.

Toplantıda çıxış edən səfir Cahit Bağcı, bu günün 27 sentyabr 2020-ci ildə Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda başladığı 44 günlük savaşın birinci ili olduğunu xatırlatdı və şəhidlərə rəhmət dilədi.

Türkiyəyə təhsil üçün gedən gənclərə uğurlar diləyən Bağcı, “Türkiyə sizi qucaqlayacaq. Türk millətinə əmanətsiniz. Azərbaycan və Türkiyə arasında inşa ediləcək yeni körpülərin ən əhəmiyyətli sütunlarından biri olacaqsınız ” dedi.

TÜİB sədri Hüseyin Büyükfırat, TÜİB üzvləri olaraq savaşın ilk günlərindən bu günədək cəbhədə həyatını itirən insanlar üçün nələr edə biləcəklərini düşündüklərini və ilk növbədə şəhid ailələrini ziyarət etdiklərini söylədi.

Daha sonra fəaliyyətlərini genişləndirərək, millət vəkili Ramil Həsənlə “Tək Millət, Tək Ürək” təşəbbüsünə başladıqlarını və təxminən 2 min şəhid ailəsi ilə görüşdüklərini qeyd etdi.

Təşəbbüsün daimi olması üçün təhsilin ən yaxşı yol olduğuna qərar verdiklərinə diqqət çəkən Büyükfırat, “Türkiyəyə təhsil üçün təxminən 200 tələbə göndərəcəyik. Tələbələri yalnız Türkiyəyə deyil, Şimali Kipr Türkiyə Cümhuriyyətinə də göndərəcəyik. Əslində biz şəhid ailələrinə kömək etmirik. Onlara borcluyuq. Bu ölkə üçün canlarını verdilər. Borcumuz bir ömür sürəcək. ” dedi.

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının həmtəsisçisi, millət vəkili Ramil Həsən də çixişı zamanı əməyi keçən hər kəsə Türkiyə Cümhuriyyətinə və Azərbaycan dövlətinə dəstəklərinə görə təşəkkür etdi. Platforma fəaliyyətinin məqsəd və məramlarını açıqladı, məqsədin nə dərəcədə müqəddəs bir iş olduğunu dilə gətirdi. Hər bir işimizin Azərbaycan-Türkiyə dostluğuna xidmət etdiyini, Azərbaycan və Türkiyə prezidenti, iki qardaş dövlətin cümhur başkanları Cənab İlham Əliyevin və Cənab Rəcəd Tayyib Ərdoğanın liderliyində tarixi bir missiyanın uğurla həyata keçdiyini və bizim də bu missiyanın bir parçası olduğumuzdan böyük şərəf duyduğunu bildirdi. Hörmətli Mehriban xanımın və Cənab prezidentin təşəbbüsü ilə yaradılmış Yaşat Fondunun uğurla fəaliyyət göstərdiyini, məhz qardaşlığın simvolu olaraq qazilərimizin müalicə üçün Türkiyəyə göndərdiklərini, bu layihənin də iki qardaş dövlətin birlik və bərabərlik istiqamətində liderlərimizin qoymuş olduğu yolun tərkib hissəsi olduğunu ifadə etmişdir.

Azərbaycan ilə Türkiyə iki dövlətlər arasındakı birlik və qardaşlıqdan bəhs edən natiq, bu birliyin bundan sonra da iki dahi liderlər Cənab İlham Əliyev və Cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində uzun illər davam etdiriləcəyini vurğuladı.

“Tək Millət, Tək Ürək” platformasının könüllü bir təşəbbüs olduğunu dilə gətirən Ramil Həsən bu müqəddəs missiyada bizim yanımızda olan, xüsusilə şəhid və qazi uşaqlarını qəbul edən Sivas Cümhuriyyət Üniversitetinə, Böyükelçi Cahid Bağçıya, Türkiyə və Azərbaycan Dövlətinə, TUİB başkanı Heseyin Büyükfırata, Dəyanət İşləri Vakfına, AnadoluJetə, Sivas Valiliyinə , Necmeddin Taşbağa, Hünər Group-un rəhbəri Ehtiram Quliyevə və digər əməyi keçən insanlara dərin təşəkkürünü bildirdi.

Daha sonra çıxış edən “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov və digər natiqlər Müzəffər Ali Baş Komandanın yorulmaz fəaliyyətindən, hər bir kəndin düşməndən təmizlənməsində düzgün və güclü hərbi planın uğurlu gedişinin təzahürü olduğunu, hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətinin təntənəsi olduğunu bildirdilər. Vətənin azadlığı uğrun­da canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırdılar.

www.yenicag.az

196
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100