!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təkcə Polşaya deyil, eləcə də Avropaya enerji ixracı aktualdır” - ŞƏRH

!Reklam – Yazi

“Avropa regionu üçün bu yönümdə ən aktual ölkələrdən biri də məhz Azərbaycandır”.

Bu sözləri Azərbaycanın Polşa və digər Avropa ölkələri üçün enerji ixracı məsələlərinə münasibət bildirən iqtisadçı ekspert Elmir Səfərli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Avropa ölkələrinə enerji və digər məhsulların nəqli mühüm əhəmiyyət daşıyır.

“Ümumiyyətlə, Azərbaycanın təkcə Polşaya deyil, eləcə də Avropaya enerji ixracı bu günlərin ən aktual məsələlərindən biridir. Hətta keçən il də prezident İlham Əliyevin Avropa ölkələrinə təşkil etdiyi səfərlərində də bu məsələlər müzakirə olunurdu. Bu da Avropanın enerji sektorunda olan asılılığı, xüsusən bu sahədə Rusiyadan olan asılılığını azaltmaq məqsədilə birmənalı şəkildə diversifikasiya edərək digər neft və enerji istehsal edən dövlətlərlə əlaqələri gücləndirməsinə yol açdı.

Qeyd etmək lazımdır ki, Avropa regionu üçün bu yönümdə ən aktual ölkələrdən biri də məhz Azərbaycandır. Çünki Azərbaycanla Avropa ölkələri arasındakı əlaqələr siyasi və iqtisadi baxımdan çərçivəlidir. Bu da gələcəkdəki münasibətlər üçün daha uğurlu və perspektivli hesab olunur. Buna görə də ölkəmizlə adıçəkilən regionun hər hansısa sahədə – istər enerji, istərsə də digər sahələr üzrə əməkdaşlığa önəm verməsi diqqətçəkicidir. Xüsusilə, gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropaya açılmaq şansları da mövcuddur. Belə ki, bu dəhliz vasitəsiylə yeni boru kəmərlərinin, eyni zamanda Mərkəzi Asiyadan neft və digər məhsulların Avropaya tranziti imkanları sözügedən region üçün çox önəmlidir. Bu səbəbdən də Avropa ölkələri ölkəmizlə bu məsələlərlə bağlı müzakirələr aparır. Düşünürəm ki, təkcə Polşa ilə deyil, digər Avropa dövlətləri üçün bu məqamlar önəmlidir”.

Yusif Səmədzadə

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv