!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təki bu bəla tezliklə bitsin, siyasət qaldığı nöqtədən davam edəcək” – Partiya sədri

!Reklam – Yazi

“Görülən tədbirləin effektivliyinin əsas şərtlərindən biri də aşkarlığın maksimum tımin olunmasıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkdə koronavirus əleyhinə həyata keçirilən tədbirləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, bu təhlükəni sovuşdurmağın əsas yolu tətbiq olunan qaydalara riayət etməkdir:

“Aydın məsələdir ki, ölkədə tətbiq olunan karantin rejimi, buna uyğun olaraq, məhdudlaşdırıcı qaydaların sərtləşdirilməsi insanların koronavirus təhlükəsindən qorunması məqsədi daşıyır. Ona görə də, bu qaydalara riayət etməli, dünyanı da, Azərbaycanı da qorxuya salmış “qara zolağı” birlikdə keçib getməliyik.

Amma insanlara “Evdə qalın” deyib də, onları küçələrə qaçırdan fəaliyyətlərə də son qoyulmalıdır. Mən yerli telekanallarda hələ nümayiş etdirilən bayağı verilişləri, primitiv müğənnilərin efirə çıxarılmasını nəzərdə tuturam.

Təbii ki, karantin rejimi bütün sahələr kimi, siyasəti də az qala iflic vəziyyətinə salıb, indi gündəm tamamilə fərqlidir. Bununla belə, təki bu bəla tezliklə bitsin, siyasət qaldığı nöqtədən davam edəcək”.

Aqil Bəkir

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv