Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Təklə məkan" kafesinin sahibi HƏBS EDİLDİ

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Yenicag.az xəbər verir ki, hadisə mayın 30-u saat 22 radələrində paytaxtın Binəqədi rayonunda yerləşən “Təklə məkan” kafesində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin kafenin xüsusi karantin qaydalarını pozaraq fəaliyyət göstərdiyi məlum olub.

Müvafiq tədbirlərlə kafenin sahibi, 1971-ci il təvəllüdlü Hüseyn Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə H.Hüseynov barəsində 1 ay inzibati həbs təhbeh növü tətbiq edilib.

www.yenicag.az

291