!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Teknofest Azərbaycan 2022”  Türkiyə Azərbaycan birliyinin bariz nümunəsidir

!Reklam – Yazi

Bayraktar TB-2 və Akınçı PUA-larının ixtiraçısı, Bayraktar şirkətinin texniki direktoru, “Qarabağ” ordenli konstruktor Səlçuk Bayraktarın təşəbbüsü ilə Bakıda 26-29 may tarixlərində Aviasiya, Kosmik və Texnologiya festivalı-“Teknofest Azərbaycan” keçirilmişdir. Festivalda Azərbaycan və Türkiyənin müxtəlif nazirlikləri, təhsil müəssisələri, universitetlər, liseylər, aviasiya şirkətləri və s. iştirak etmişdilər.

28 may Müstəqillik günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda iştirak etmişlər.

Prezident İlham Əliyev “Teknofest Azərbaycan” da çıxış etmiş və çox mühüm məqamlara toxunmuşdur.

Yüz dörd il öncə müsəlman aləmində ilk demokratik cümhuriyyət qurulmuş, ömrü qısa olsa da Azərbaycan xalqının azad, müstəqil yaşama istəyinin carçısı olmuşdur. Məhz bu istəyin nəticəsi olaraq 1990-cı ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi və 30 ildir ki, Azərbaycan xalqı azad yaşayır.

Türkiyə-Azərbaycan əlaqələrindən danışan Prezident İlham Əliyev bildirdi ki, biz 30 il ərzində Türkiyənin dəstəyini hər zaman hiss etdik, indi də hiss edirik. Bu birlik, qardaşlıq xalqlarımız üçün əsas yol istiqamətidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər möhkəm olacaqdır.

II Qarabağ müharibəsində Türkiyənin xalqımızın və dövlətimizin yanında olmasını xatırlayan cənab prezident bu dəstəyi heç vaxt unutmayacağımızı söylədi. Bu dəstəyin bir daha təkrarını 2021-ci il Zəfər paradında gördük, birliyimiz bundan sonra da olacaq, gücümüz günü-gündən artacaq.

Daha sonra cənab prezident Azərbaycan Türkiyə ilə müttəfiqlik edən Şuşa bəyanaməsindən söz açdı. O, bildirdi ki, bu müttəfiqlik özünü hər yerdə-siyasətdə, iqtisadi əlaqələrdə, təhsildə, ordu quruculuğunda göstərir.

Elə bu müttəfiqliyin bir parçası olan 4 günlük, yüksək səviyyədə təşkil olunmuş “Teknofest Azərbaycan” da xalqımızın birlik, qardaşlığı haqqında dünyaya çox böyük mesaj vermiş oldu. “Türkiyə Azərbaycan birliyi əbədidir”.

Çıxışının sonunda cənab Prezident İlham Əliyev Azərbaycan gənclərinə türk dünyasının böyük oğlulları, dünya şöhrətli alim Nobel mükafatı laureatı, Əziz Səncər Bayraktar PUA-larının ixtiraçısı Səlçuk Bayraktarı nümunə göstərməklə bir daha Azərbaycan gəncliyinə nə qədər inandığını və dəyər verdiyini hiss etdirdi.

“Teknofest Azrəbaycan” bir ilkdir. İnanırıq ki, qarşıdakı illərdə bu cür möhtəşəm tədbirlərdə yenə də qazanan Azərbaycan xalqı, Azərbaycan gəncliyi və Azərbaycan iqtisadiyyatı olacaqdır.

Suraxanı rayonu D.Məmmədzadə adına 232 № li tam orta məktəbin direktoru Nisə Fərəcova

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv