!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təkrar emalda YENİLİK: Çay və qəhvə tullantıları bu məhsula ÇEVRİLİR

!Reklam – Yazi

Səhər çayınızı və ya qəhvənizi dəmlədikdən sonra yarpaqları atmazdan əvvəl iki dəfə düşünmək lazımdır. Çünki yeni araşdırma çay və qəhvə qalıqlarından daha çox şey əldə edə biləcəyini göstərir.

Yenicag.az çay və qəhvə qalıqlarından təkrar emalda alına biləcək məhsul araşdırmasını oxuculara təqdim edir.

Səudiyyə Ərəbistanı Kral Faysal Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni araşdırma istifadə olunmuş çay və qəhvə artıqlarını tort keksinin qarışığına əlavə etməklə şirniyyatın qida dəyərini artırmaq və istehlakçılara əlavə sağlamlıq faydaları təmin edəcəyini üzə çıxarıb.

Çay və qəhvə bütün dünyada ən məşhur içkilərdir. Təəssüf ki, çoxumuz bu içkiləri hazırladığımız zaman israfçılığa yol veririk. Çay və qəhvə məhsullarının təxminən 90 faizi dəmləndikdən sonra zibilliyə atılır.

Son illərdə alimlər bütün bu tullantılardan daha yaxşı istifadə etməyin mümkün yollarını araşdırıblar.

Bu yaxınlarda tədqiqat, sementə yanmış qəhvə artıqlarının əlavə edilməsinin betonu 30 faiz daha möhkəm edə biləcəyini müəyyən edib. Alimlər həmçinin qidaları zənginləşdirmək üçün çay və qəhvə tullantılarından istifadə etməyi təklif ediblər.

Nəsimi Ələsgərli

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv