!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təkrar qeydiyyat üçün bir neçə partiyanın müraciətindən başqa hələ heç nə...” – RƏY

!Reklam – Yazi

“Prosesin əvvəlindən başlayaraq yekununa doğru hardasa, otuz partiyanın fəaliyyətini dayandırmaq qərarı verməsi təəccüb doğurmadı”.

Bu fikirləri siyasi partiyaların yeni qanunvericilik əsasında təkrar qeydiyyat üçün öz sənədlərini təqdmetmə müddətinin yekunlaşmasını və prosesin finişini dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a danışıb.

Onun sözlərinə görə, bu proses çox sönük və inforrmasiya qıtlığı şəraitində getdiyi üçün konkret analiz aparmaq hələ çətindir:

“Bildiyiniz kimi, yeni qanunun qəbulundan sonra mövcud partiyalar qarşısında yeni tələblər qoyuldu və həmin şərtlərin yerinə yetirilməsi üçün onlara təqribən altı aylıq müddət verildi. Partiyalar bu müddət ərzində – son olaraq başa çatan həftə içində – sənədlərini yeni qanunvericilik əsasında hazırlayaraq təkrar qeydiyyat üçün müraciət etməli idilər. Ancaq partiyalardan tələb olunan yeni sənədlər haqqında danışanda diqqət ilk növbədə, əlbəttə ki, onların üzvlərinin sayının toplandığı məlumat bazasına yönəlir. Çünki təkrar qeydiyyatın ilkin şərti ondan ibarətdir ki, partiyaların üzvlərinin sayı minimum beş min nəfər olmalıdır. Ona görə də hələ prosesin əvvəlindən başlayaraq yekununa doğru hardasa, otuz partiyanın fəaliyyətini dayandırmaq qərarı verməsi təəccüb doğurmadı.

Ölkədə buna qədər fəaliyyət göstərən təqribən altmışa yaxın partiyanın mütləq əksəriyyətinin mövcudluğunun formal xarakter daşıdığı məlum olduğu üçün siyasi təşkilatlardan çox azının bu tələbi yerinə yetirə biləcəyi düşünülürdü və bu gözləntilər əsasən, doğruldu. Hər halda, indiyə qədər mediada yayılan məlumatlarda təkrar qeydiyyat üçün sənədlərini təqdim edn partiyaların sayının cəmi bir neçə olduğu görünür. Onların sırasının artıb-artmayacağı haqda nəsə demək çətindir. Fikrimcə, artıq gələn həftə bu məsələ ilə bağlı rəsmi məlumat veriləcək və yalnız bundan sonra neçə partiyanın təkrar qeyduyyatdan keçmək ehtimalının olduğu müəyyənləşəcək”.

A.Zeynalov

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv