!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teleaparıcıların “hökm”ünü verən KRİTERİYALAR: “Nə geyimlərinə baxırlar, nə də...”

!Reklam – Yazi

“Mənim üçün yaş meyarı yoxdur, amma görünüş mütləq şəkildə lazımdır”.

Bu fikirləri “Aparıcı üçün yaş və gözəllik meyarları olmalıdırmı” sualını cavablandıran tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, digər ölkələrin ulduz aparıcıları ilə mövzuya uyğun müqayisə də aparıb:

“Aparıcı öz görünüşünü qoruyub saxlaya bilirsə, dağılıb-tökülmürsə, həmişə səhnədə və efirlərdə ola bilər.

Məsələn, “Pole çudes” proqramının aparıcısı Leonid Yakuboviçin 78 yaşı var, amma yenə də dinamikliyi, pozitivliyi ilə seçilir, sevilir, baxılır. Görünüşü də yerində.

Amma bu gün yaşı çox olmayan elə gənc aparıcılar var ki baxırsan, dağılıb-tökülürlər. Bunlar istisnalardır və hamıya şamil etmirəm. Nə geyimlərinə baxırlar, nə də üz-gözlərinə…

Mənim üçün yaş meyarı yoxdur, amma görünüş mütləq şəkildə lazımdır. Ən azı ona tamaşa edən izləyici zövq almalıdır. Bura geyim tərzi də daxildir. Dağılıb-tökülmürsə, özünə fikir verirsə, aparıcının yaşının neçə olmasının qətiyyən önəmi yoxdur”.

Cəvahir

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv