!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbat və alıcılıq qabiliyyətində azalma - Yerli, yoxsa xarici avtomobillərə üstünlük verilir?

!Reklam – Yazi

Azərbaycanda minik avtomobillərinin istehsalında azalma müşahidə olunur. Belə ki, yanvar-oktyabr aylarında ölkədə 1634 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 264 ədəd az  (13.9 faiz azalma) minik avtomobili istehsal olunub.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib ki, minik avtomobillərinin istehsalında azalmanın başlanğıc səbəbi tələbatın aşağı düşməsi və yerli istehsal olan avtomobillərin qiymətinin baha olmasıdır:

“Azərbaycan Avropa və dünyanın avtomobil bazarı ilə müqayisədə rəqabətlilik imkanları kifayət qədər aşağı olan bir ölkədir. Azərbaycanda tam istehsal həyata keçirilmir, sadəcə müəyyən detallar ölkəmizə gətirilərək sifariş əsasında zavodlarda istehsal olunur. Ölkədə minik avtomobillərinin, xüsusən də “Xəzər” avtomobili Almaniyadan və Yaponiyadan ölkəmizə idxal olunan işlənmiş avtomobillərin qiymətindən xeyli bahadır. Vətəndaşlarımız bu amili əsas tutaraq daha çox Avropa, Amerika və dünyanın inkişaf etmiş ölkələrindən gələn nəqliyyat vasitələrinə üstünlük verirlər. Əvvəllər Azərbaycanda istehsal olunan avtomobillərə tələbat yüksək idi və həmin avtomobillər hələ də istismardadır. Lakin indiki məqamda tələbat və alıcılıq qabiliyyətində azalma var. Fikrimcə, Azərbaycan ya nəqliyyat vasitələrinin istehsalını modern texnologiya əsasında həyata keçirməlidir, ya da öz brendini yaratmalıdır. Əgər bunu həyata keçirmək mümkün deyilsə, o halda idxala üstünlük vermək yaxşı olar. Çünki yaxında gələcəkdə istehsalın daha da azalması baş verə bilər”.

Gülşən Şərif

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv