!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbə gənclər xaricdə neçə rahatlıqla iş tapa bilər? - TƏHSİL EKSPERTİ İLƏ MÜSAHİBƏ

!Reklam – Yazi

Son günlərdə bir neçə xaricdə yaşayan yerli bloqerlər Avropada iş tapmaqda çətinlik çəkən gənclərdən söhbət açıblar.  Tələbə gənclər xaricdə neçə iş tapa bilər?

Suallarımıza cavab tapmaq üçün “Pilgrim Education“ Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi , xaricdə təhsil eksperti Aisa Aslanovanın müsahibəsini təqdim edirik:

 

Bildiyimiz kimi Avropa və digər xarici ölkələrdə minlərlə Azərbaycanlı şirkətlərdə çalışırlar. Amma son günlərdə bir sıra tələbələr xaricdə vakansiyalardan yararlana bilmədiklərini qeyd edirlər. Buna səbəb nədir və sizə bu barədə şikayətlər olunubmu?

Açığı sizə belə bir şey deyim ki, həmişə iş tapanlar da olub, tapmayanlar da. Həmişə ölkə rol oynamır, şəxsin öz daxili potensialı, netvörkinq qurma qabiliyyəti də mütləq olmalıdır. Məsələn elə tələbəm olub Amazonda işləyir indi, amma onunla birgə gedən dostu 2 ildir işsizdir. Burada da insanın öz potensialı böyük rol oynayır. Bir də təbii ki heç bir dil biliyi olmayan şəxslər xaricə gedəndə iş tapmaqda çətinlik çəkirlər, burda da mən işə götürənləri qınaya bilmərəm, ən azı ingilis dili biliyi B1-B2 səviyyəsində mütləq olmalıdır. İşsiz qalmağın 2-ci səbəbi isə challange yaşamaq istəməməkdir, elə tələbəm var ilk həftədən əla maaşlı və şəraitli iş axtarır, bu da təbii ki qeyri-realdır. İş tapmaq üçün gedəcəyiniz mühiti yaxşı analiz etməyi bacarmalısınız. Xaricə sırf işlə çıxmaq istəyirsinizsə ən yaxşı variant Ausbildung ilə getməkdir, yəni Almaniyadakı peşə-təhsili ilə. Neçə tələbəm məhz bu yolla gedib və dil biliyi yaxşı səviyyədədirsə razı qalmamaq mümkün deyil. Təbii ki, tam – ali təhsiliniz varsa, Ausbildung çox da tövsiyə etmirəm, amma təhsiliniz ali deyilsə bu həqiqətən də əla şansdır.

Aisa xanım Avropa yoxsa Amerika ölkələri üzrə təhsil almağa gedən tələbələrdən hansı daha rahat iş tapa bilir?

Bu suala bir ümumi cavab vermək qeyri-professionallığımı göstərə bilər. Çalışacağam sizə fikrimi izah edim. ABŞ 50+ ştatdan ibarədir. Təbii ki burada işlər çoxdur, hər cür işi nəzərdə tututam, delivery-dan tutmuş operatorluğa kimi. Lakin elə şəhər var ki, bir az təhlükəlidir, eləsi var daha rahatdır. Məsələn ABŞ-da çox adam çalışır Nyu York, Kalifornia və s kimi ştatlara düşsünlər. Avropada isə vakant yerlər daha azdır, biri var heç 2 milyon əhalisi olmayan Latviyaya gedirsiniz, biri var 8 milyon əhalisi olan Nyu Yorka. Fərqi rəqəmdə də hiss etmək olur. Belə bir məqam da var ki, ABŞ-da yalnız ingilis dili kifayət edir. Avropada isə gedəcəyiniz ölkənin öz dilini də müəyyən səviyyədə öyrənməyə başlamalısınız mütləq şəkildə, əgər karyera artımı düşünürsünüzsə. Mənim bir tələbəm ABŞ-da klinikada işləyir və maşını rent edir, evi rent edir, halbuki operator vəzifəsindədir. Yəni maaş baxımından Amerika fərq göstərir sözsüz ki.

Qeyd etdiyiniz kimi hər bir halda bu tələbənin özündən asılıdır. Tələbələrin hansı istiqamətdə yönəlməsini daha çox tövsiyə edirsiniz ? Bu hər hansı sahə, peşə və ya sənət ola bilərmi? / Sizcə bir tələbə xaricə üz tutursa hansı sahə və ya ixtisas onun orada təhsil aldığı müddət ərzində rahatlıqla iş tapmasına imkan yarada bilər ?

Tələbənin yerinə ixtisas – seçimi etmək düzgün bir qərara və nəticəyə heç vaxt gətirə bilməz, amma ümumən deyə bilərəm ki primitiv sahələrdən qaçmaq lazımdır. Məsələn Finance yox, Financial Analytics oxuyun. Economics yox, Economy and Global Development. UX Design, User Experience, və s yenilikçi sahələri də araşdırın. Bu sizi gələcəkdə başqa işə namizəd olan şəxslərdən daha güclü edəcəkdir. Bundan əlavə çalışın ki ixtisas Sustainable Development Goals üzrə fokuslanan sahə ilə bağlı olsun, yəni 17 Davamlı İnkişaf Məqsədinə hər – hansı fayda verəcək bir sahə. Bu müasir cəmiyyətdə, əsasən Avropada yüksək qiymətləndirilir.

Qeyd etdiyiniz bütün məlumatlar üçün təşəkkür edirik Aisa xanım və son sualımıza keçid etmək istəyirik. Polşa və Almaniya ərazisində 100-lərlə Azərbaycanlı gənc təhsil alır. Onlara və sizin xaricdə təhsil alan bütün tələbələrinizə iş sahəsində təcrübə toplaması və ölkəyə qayıtdıqda kadr olaraq formalaşması üçün hansı məsləhətləri görə bilərsiz ?

Mən sizə təşəkkür edirəm! 100-lərlə deyildir, inanın mənə minlərlər tələbə Almaniya və Polşaya üz tutur. Məsələn Almaniyada peşə-təhsili (Ausbildung) var, hansına bir – çox azərbaycanlı üz tutur. Yalnız bu il mən onlarla şəxsi bu yolla rəsmi şəkildə Almaniyaya göndərmişəm, çox təhlükəsiz və gələcəkdə həqiqətən lazımlı peşə öyrənə biləcəyiniz proqramdır. O ki qaldı ölkəmizə qayıtmaq, bu mənim üçün şəxsən şərtdir. Tələbə mütləq orada təcrübə yığıb, innovasiyaları Azərbaycana gətirməlidir. Bu ölkəmizin gələcəyində böyük bir iz qoyacaqdır. Fikir verin, DP 2022-2026 neçə-neçə tələbənin top müəssisələrdə oxumasına dəstək olur. Bunların hər – biri sözsüz ki, vətənimizin inkişafı üçündür!

www.yenicag.az

6801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv