!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbə köçürülməsi prosesi nə üçün dayandırıldı?

!Reklam – Yazi

Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək.

Yenicag.az bildirir ki, hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrində tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı, həmçinin təqaüd alacaq tələbələrin müəyyən olunmasında gecikmələrin artacağını proqnozlaşdırır.

“Bir daha qeyd etmək istəyirik ki, tələbələrin köçürülmə prosesi əvvəlki qaydada davam edəcək”, – deyə əlavə edilib.

Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyi tərəfindən 2021-2022-ci tədris ilinin ikinci semestrində ,qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyəcəyi bildirilib./Trend/

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv