!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbə təqaüdlərində ARTIM GÖZLƏNTİSİ: “Motivasiyanın daha da gücləndirilməsi üçün...”

!Reklam – Yazi

“Son 10 ilə nəzər salsaq, görərik ki, tələbə təqaüdləri bu müddət ərzində 10 dəfədən çox artırılıb”.

Bu fikirləri ali və orta ixtisas müəssisələrində təhsil alan tələbələrin təqaüdlərinin artırılma ehtimalını dəyərləndirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, təqaüdlərin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək:

“Xatırladım ki, ölkə universitetləri 2010-cu ildən özünümaliyyələşdirmə sisteminə keçib. Bu isə o deməkdir ki, dövlət sadəcə 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin təqaüdünü yox, həm də onların təhsil haqlarını ödəyir.

Buraya dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunan tələbələr daxildir. Nəzərinizə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur. Onlardan başqa, bəzi universitetlərin daxili təqaüd proqramları da var.

Yəni universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd müəyyənləşir. Bu isə o deməkdir ki, hər bir tələbənin təqaüd almaq imkanı var. Amma çalışqan və vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır.

Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən əldə etdikləri vəsaitlər hesabına yaradılan fonddan da adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.

Qeyd olunan məsələyə gəldikdə isə tələbələrin təqaüdləri hər il prezident tərəfindən qaldırılır. Son 10 ilə nəzər salsaq, görərik ki, tələbə təqaüdləri bu müddət ərzində 10 dəfədən çox artırılıb”.

Nuray Məmmədzadə

www.yenicag.az

3035
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv