!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələr üçün CƏRİMƏ RİSKİ: “Kirayədə və yaxud qohum evində qalırlarsa...”

!Reklam – Yazi

“Qeydiyyata alınmayan vətəndaşlara ilk növbədə xəbərdarlıq edilir, bunun təsiri olmadıqda isə cərimə tətbiq olunur”.

Bu fikirləri ölkənin ali və orta təhsil müəssisələrində təhsil alan tələbələrin yaşayış yerlərini dəyişmələri səbəbindən cərimələnmək ehtimalını dəyərləndirən hüquqşünas İradə Cavadova Yenicag.az-a açıqlamasında deyib.

Mövcud qanunvericiliyə əsasən, vətəndaşların yaşadıqları ünvan üzrə qeydiyyatları olmadıqda, onlara cərimə tədbiq edilməsi nəzərdə tutulur.

Bu çərçivədə qüvvədə olan qaydaların təhsil almaq üçün yaşayış yerlərini müvəqqəti dəyişmək məcburiyyətində qalan tələbələrə şamil edilib-edilməməsi maraqlı görünür.

Hüqüqşünas İradə Cavadova bildirib ki, təhsil almaqla əlaqədar yaşayış yerlərini dəyişməli olan tələbələri heç bir cərimə gözləmir. Lakin digər kateqoriyalara aid olan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 662.1 maddəsinə əsasən, daimi yaşayış yeri üzrə qeydiyyata düşməlidirlər:

“Qeydiyyata alınmayan vətəndaşlara ilk növbədə xəbərdarlıq edilir, bunun təsiri olmadıqda, cərimə tətbiq olunur. Tələbələrə isə yaşayış yerini dəyişməyə görə cərimə yazıla bilməz.

Çünki onlar əksər hallarda təhsil aldıqları şəhərlərə müvvəqəti yaşamaq üçün gəlirlər. Onlar ölkə ərazisi üzrə yaşayış yerlərini dəyişdikdə, haradasa kirayədə və ya qohum evində qalırlarsa, onlara bu qayda tətbiq olunmur”.

Nuray Məmmədzadə

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv