!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələr yataqxana, yoxsa kirayə evi seçməlidir? - ARAŞDIRMA

!Reklam – Yazi

Dünyada baş verən bahalaşma təhsildən də yan keçməyib. Tələbələr üçün nəzərdə tutulmuş yataqxanaların qiyməti müxtəlif ölkələrdə fərqlidir.

Vətəndaşlarımızın üz tutduğu qonşu ölkələrin tələbə yataqxanaları ilə bağlı qısa araşdırma etdik.

Belə ki, ötən illərin statistikasına əsasən, Rusiyada bir tələbənin aylıq yataqxana xərci 730 rubl (20 manat) olub. Digər qonşu ölkə Gürcüstanda 150 lari (90 manat), İranda isə 400.000 rial (17 manat) olub. Günümüzdə isə bu rəqəmlər iki qat və ya daha yuxarıdır.

Azərbaycandan xaricə təhsil almağa gedən tələbələr xərclərini aşağı salmaq üçün universitet yataqxanasını seçməlidir, yoxsa kirayə ev tapmalıdır?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Asif İbrahimov Yenicag.az-a açıqlamasında bildirib ki, vətəndaşlarımızın təhsil almaq üçün seçdiyi ölkələr sırasında ilk yeri Türkiyə alır

“Həm maddiyat, həm də milli dəyərlər baxımından bənzərlik çox olduğu üçün uyğun ölkə Türkiyədir. Türkiyədə təhsil almaq üçün 6-7 min manat lazım deyil. Universitetlərin illik ödəniş fərqlərinə baxsaq, Türkiyədə təhsil haqlarının Azərbaycan dövlət universitetlərindən qat-qat aşağı olduğunu müşahidə edərik.

Valideynlər bir çox xərcləri nəzərə alaraq, Türkiyədə təhsili daha uyğun görür. Çünki Azərbaycanda universitetə qəbul imtahanını uğurla keçmək üçün repetitor hazırlıqları şərtdir.

Məktəb şagirdi universitetə qəbul olmaq üçün 9-10-cu sinifdən repetitor yanına və ya kurslara hazırlığa gedir. İki-üç il ərzində hazırlıqlara verdiyi pul və daha sonra universitetin illik ödənişi valideynə 6000-7000 manata başa gəlir. Türkiyədə təhsil üçün isə bu qədər xərc vacib deyil, yalnız attestatla tələbə adını qazanmaz olur.

Türkiyədə təhsil alan tələbələr yataqxanalarla təmin olunur. Bəzən yataqxana tələbələri qane etmədiyinə görə üç-dörd nəfər birlərəşək kirayə evə köçür. Qane olmamalarına səbəb isə “komfort” istəmələridir. Xərclərini qarşılamaq istəyən tələbələrə özlərinə uyğun bəzi yarımştat işlərdə çalışa da bilirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv