!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbələrin məhrum qaldığı PRAKTİK TƏCRÜBƏ: “Dünya təhsili təcrübə və tədqiqatın üzərində...”

!Reklam – Yazi

“Ali məktəblərdə istehsalat tərcübəsi ilə əlaqədar xüsusi fəaliyyət proqramı hazırlanmalıdır”.

Bu fikirləri tələbələrə praktik təcrübələrin öyrədilməsi ilə bağlı problemləri dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əksər universitetlərdə istehsalat təcrübəsi formal xaraker daşıyır:

“Təhsildə təcrübə anlayışı çox vacibdir. Orta əsrlərin məşhur şərq əxlaqi-didaktik əsəri olan Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərində belə bir cümlə var ki, nəzəriyyəsiz təcrübə, təcrübəsiz isə nəzəriyyə ola bilməz. Universitetlərimiz bilikləri nəzəri baxımdan öyrətməklə yanaşı, təcrübəyə də önəm verməlidirlər.

Müasir dünya təhsili təcrübə və tədqiqatın üzərində qurulub. İndiki dövrdə nəzəri anlayışlar öz yerini praktiki meyarlara verir. Təcrübə bizə öyrəndiklərimizi nə dərəcədə tətbiq edə biləcəyimizi göstərir. Ona görə təcrübə yalnız universitetlərdə deyil, həmçinin orta məktəblərdə də diqqət edilməli mühüm məsələdir.

Təəsüf ki, əksər ali məktəblərdə təcrübə formal xarakter daşıyır. Xüsusilə də humanitar istiqamətli universitetlərdə bu daha qabarıq nəzərə çarpır. Həmçinin iqtisadi və idarəetmə yönümlü ixtisaslarda da praktikaların yüksək səviyyədə təşkil olunduğunu söyləyə bilmərik.

Biz Sosial Tədqiqatlar Mərkəzi olaraq, tələbələrlə bu istiqamətdə sorğu keçirmişik. Tələbələrin əksəriyyəti keçirilən praktikalardan məmnum deyil. Düşünürəm ki, bu istiqamətdə zəruri addımların atılmasına ehtiyac var. Tələbələrin istehsalat təcrübəsinə formal baxmamalıyıq və universitetlər bununla bağlı fəaliyyət proqramı hazırlamalıdırlar”.

Nuray Məmmədzadə

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv