!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telekanallar üçün SONUNCU DÖNGƏ: “Belə bir vəziyyətdə dövlətin vəziyyətə müdaxilə etməsi...”

!Reklam – Yazi

“Telekanal rəhbərləri, eləcə də o eybəcər verlişlərin aparıcıları bu çağırışları veclərinə almırlar”.

Bu fikirləri ölkədə fəaliyyət göstərən özəl telekanalların rəhbərlərinin Prezident Administrasiyasına dəvət olunmasının efir rəzalətinə son qoyub-qoymayacağı ehtimalını dəyərləndirən media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, teleaparıcılar onlara yönələn ictimai qınağa əhəmiyyət vermirlər:

“Faktik olaraq uzun müddətdir, ictimaiyyət, media, həmçinin ekspertlər televiziya kanallarının qeyri-əxlaqi və ümumilikdə milli-mənəvi dəyərlərimizə zidd fəaliyyəti ilə bağlı fikirlər səsləndirir.

Lakin təəssüflər olsun ki, telekanal rəhbərləri, eləcə də o eybəcər verlişlərin aparıcıları bu çağırışları veclərinə almırlar. Belə bir vəziyyətdə isə dövlətin vəziyyətə müdaxilə etməsi vacib idi.

Ona görə də həmin rəhbərlər Administrasiyaya dəvət olundular. İnanıram ki, dövlət tərəfindən lazımi addımlar atılacaq və tədbirlər görüləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv