!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Telekommunikasiya xidmətlərinin işində problem yarandı

!Reklam – Yazi

Bəzi ərazilərdə telekommunikasiya xidmətlərinin işində yaranmış fasiləyə “Aztelekom” MMC mövqe bildirib.

Bu barədə Yenicag.az “Aztelekom” MMC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

“9 iyul səhər saatlarında “Aztelekom” MMC-nin Salyan-Ələt ərazisindən keçən magistral xətti zədələnmişdi. Qəza nəticəsində bəzi regionların ərazisində internet və rabitə xidmətində fasilələr meydana gəlmişdi.

“Aztelekom” MMC tərəfindən bütün imkanlar dərhal səfərbər edilərək yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib. Hazırda xidmətlərin göstərilməsində hər hansı problem müşahidə olunmur”, – deyə “Aztelekom”dan bildirilib.

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv