!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teleməkanın məşhur serialı barədə ÜZÜCÜ XƏBƏR - AÇIQLAMA

!Reklam – Yazi

6 ildir yayımlanan “Ata ocağı” serialı final edir.

Bunu Yenicag.az-a açıqlamasında Xəzər TV-də yayımlanan “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazov deyib.

Rejissor bunun səbəbini Yenicag.az-a açıqlayıb: “Ata Ocağı”nın final bölümünü çəkdik, amma efir yayımı hələ bir neçə ay davam edəcək. Final seriyası efirə yayda gedəcək.

Serial 6 ildir davam edirdi. Baş ssenarist Valeh Əhmədov, prodüserimiz Amiran Babayev ilə bu mövsüm serialı bitirmək və yeni layihələrə başlamağı planlaşdırdıq. Bunu rəhbərimiz Xəzər TV rəhbəri Murad Dadaşov ilə müzakirə etdik və qərar verildi. Çünki tamaşaçılar nə qədər baxmaq istəsələr də, artıq serial bitməlidir, yenilənməliyik.

Yeni layihələr haqda heç nə deyə bilmərəm. Çünki “Ata ocağı”nın montaj prossesi hələ davam edir.

Cəvahir

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv