!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Televiziya günündə təəssüflənən MƏŞHUR DİKTOR: “Belə məqamlara çox diqqətlə yanaşırdıq, indikilər isə...”

!Reklam – Yazi

“Telekanallarda aparıcılar öz ləhcələrində danışırlar, ədəbi dilin qaydalarına əməl olunmur, efir etikası unudulub”.

Bu sözləri 14 fevral Azərbaycanda televiziyanın yaranma günü ilə bağı fikirlərini bölüşən Əməkdar artist, məşhur diktor Tamilla Ələkbərova Yenicag.az-a açıqlamasında deyib.

Diktor ölkə teleməkanının mövcud durumuna görə təəssüf hissi keçirdiiyni dilə gətirib:

“18 yaşımdan televiziyada fəaliyyətə başlamışam, ömrümün 45 ilini bu peşəyə həsr etmişəm. Amma bu gün televiziyaya baxanda, təəssüf hissi keçirirəm. Hamısına şamil etmirərm, amma elə aparıcılar var ki, efir etikasından çox-cox uzaqdırlar. Efir mədəniyyəti deyilən bir şey var. Dəvət etdiyin qonağa hörmətlə yanaşmalısan. İndi buna əhəmiyyət verən yoxdur.

Biz vaxtilə belə məqamlara çox diqqətlə yanaşırdıq, öz üzərimizdə işləyirdik. Bu gün isə belə deyil. Efirə çıxan aparıcı öz ləhcəsində danışır. Onda belə çıxır ki, hər kəs öz ləhcəsində veriliş aparmalıdır? Ədəbi dilin qaydalarına məhəl qoyan yoxdur. Bu cür olmaz axı… Belə şeyləri görəndə, televiziyaya marağım ölür, heç nəyə baxmaq istəmirəm. Artıq bu kitabı bağlayıb bir kənara qoymuşam”.

“Bəs televiziya üçün darıxmırsınız” sualına məşhur diktorun cavabı belə olub:

“Nəinki televiziya, adi mikrafon üçün belə darıxıram, hətta çox darıxıram. Amma sadaladığım bu məqamlara görə televiziyaya olan marağım artıq ölüb. Vaxtilə böyük sənətkarlarla çəkilən fotolarım, xatirələrim mənimlədir. Baxıram, keçmişi yad edirəm, amma indiki halda televiziyaya baxanda, təəssüf hissi keçirirəm”.

Cəvahir

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv