!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Televiziyalarda dini maarifləndirmə: "Ailə dəyərlərini məhv edən şou proqramlara üç-dörd saat vaxt verilir, amma..."

!Reklam – Yazi

“İran din pərdəsi adı altında Azərbaycanda özünün dağıdıcılıq siyasətini yeritməyə çalışır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müzakirədə çıxışı zamanı deputat Bəxtiyar Sadıqov deyib.

Deputat qeyd edib ki, mənəviyyatımızı dağıdan, ailə dəyərlərini məhv edən şou proqramlara üç-dörd saat vaxt verilir, amma dini maarifləndirməyə yox:

“Unutmamalıyıq ki, qonşumuzda İran kimi adını İslam dövləti qoymuş bir dövlət var. O, Ermənistanın tərəfini tutub, fasiləsiz olaraq ərazimizə narkotik maddələr və din adı altında təxribatçı əməllər yönəldir. Gəncləri tora salırdılar, hərbi sirr xarakteri daşıyan məlumatları öyrənib Ermənistana ötürürdülər. İran din pərdəsi adı altında Azərbaycanda özünün dağıdıcılıq siyasətini yeritməyə çalışır”.

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv