Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Televiziyaların reytinqi rəy sorğuları əsasında müəyyən edilmir” - Arif Əliyev

Reklam: High Technic

“Ona görə də cəmiyyətin o tip sorğuların nəticələrinə ciddi yanaşmaması daha münasibdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticələrində Azərbaycan Dövlət Televiziyasının (AzTV) 1-ci yerə “çıxarılmasını” şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.

Arif Əliyevin sözlərinə görə, cəmiyyətin o tip sorğuların nəticələrinə ciddi yanaşmaması daha münasibdir:

“Mən dövlət təşkilatlarının keçirdiyi sorğulara inanmıram. Çünki dövlət təşkilatlarının keçirdikləri sorğuların nəticələri həmişə şübhə doğurur. Söhbət tək Azərbaycandan getmir, bütün ölkələrdə belədir.

Sorğu keçirən təşkilatlar müstəqil qurumlar olmalıdırlar. Təbii, dövlət orqanları da müəyyən sorğular keçirə, ictimai rəyi öyrənə, tədqiqatlar apara bilərlər. Ancaq o sorğuların nəticələri daxili istifadə üçüncür. Ona görə də cəmiyyətin o tip sorğuların nəticələrinə ciddi yanaşmaması daha münasibdir.

Televiziyaların reytinqinin müəyyənləşdirilməsi məsələsinə gəldikdə isə bu, ictimai rəy sorğusunun vasitəsilə öyrənilmir. O iş xüsusi yanaşma tərzi tələb edir və bunun üçün tamam fərqli texnologiyalardan, avadanlıqlardan istifadə olunmalıdır. Düşünmürəm ki, Sosial Tədqiqatlar Mərkəzi bu sadalananları nəzərə alır. O baxımdan, yenə deyirəm, belə məsələlərə ciddi yanaşmaq lazım deyil”.

Aqil Bəkir

www.yenicag.az

1295
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100