!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Telli Borçalı polislə HƏDƏLƏDİ: "Tapın o adamları..."

!Reklam – Yazi

“Hər kəs öz adıyla tanınsın, öz adıyla reklam olunsun, mənim adımdan istifadə etməyin”.

Yenicag.az xəbər verir ki, bunu aşıq Telli Borçalı deyib.

Sənətçi sosial şəbəkələrdə adına feyk profillərin açıldığından əsəbiləşib:

“Sosial şəbəkələrdə yoxam. İlyarımdır zorla mənə deyiblər, özünə “votsap” aç, heç olmasa, bir şair sənə şeir yazanda, ora göndərsin. Mənim adımdan sosial şəbəkələrdə nəsə yazsalar, rəy bildirsələr, bilin ki, o, mən deyiləm. Mənim bir dənə “votsap”ım var.

Yekə hərflərlə də yazırlar, Telli Borçalının şəxsi “İnstagram” hesabı. Bu, cinayətdir. Gərək yazılı şəkildə müraciət edim, o adamları verim polisə, ya məhkəməyə . Tapsınlar o adamları, oturtsunlar bizi üzbəüz. Deyim, siz hansı Telli Borçalısız ki, mənim adımdan yazırsız Tellinin şəxsi “İnstagram” hesabı. Hər kəs öz adıyla tanınsın, öz adıyla reklam olunsun, mənim adımdan istifadə etməyin.

Telli bu sözləri “Özəl Tube” verilişində deyib.

Nehru

www.yenicag.az

543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv