!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təmiz Dünya” Qadınlara Yardım İB 2023-cü ilin yekun hesabatını yaydı

!Reklam – Yazi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2023 cü ilin qısaldılmış yekun hesabatını yayıb.

Yenicag az xəbər verir ki, hesabatda aşağıdakılar qeyd olunub:

Təşkilat 2023 cü ilin 12 ayında bir neçə istiqamət üzrə fəaliyyət göstərmişdir. Təşkilat il ərzində müxtəlif istiqamətlər daxil olmaqla, ümumilikdə 8988 nəfəri əhatə etmişdir.

Maarifləndirmə işi üzrə;

Tədqiqatların aparılması üzrə:

Sığınacaq fəaliyyəti üzrə;

Monoitorinq üzrə;

Günərzi mərkəz üzrə

Yardım xətti üzrə həssas vəziyyətdə olan əhali qrupuna dəstək göstərmişdir.

Maarifləndirmə proqramı üzrə təşkilat gender əsaslı zorakılığa dair iki istqiamət üzrə:

Məişət zorakılığı

İnsan alveri problemi üzrə maarifləndirmə işləri aparmışdır.

Məişət zorakılığı üzrə maarifləndirmə işində təşkilatın bu dəfəki hədəf qrupu, əsasən, kişilər olmuşdur. Kişilər arasında maarifləndirmə işi – Bakı, Kürdəmir, İmişli, Sabirabad, Saatlı və Şirvan şəhərlərində olmuşdur.

Məişət zorakılığı ilə bağlı məlumatlandırma qrupuna polsi əməkdaşları aid olmuşdur.
Belə ki, Şirvan, Sumqayıt, Xəzər, Binəqədi və Abşeron rayon Polis İdərələrinin əməkdaşları üçün məişət zorakılığı qurbanları ilə işin təşkilinə dair seminarlar aparılmışdır.
DULUT proqramı – təcavüz tördən şəxslərlə sosial işin təşkili üzrə 30 nəfər sosil işçi,
30 nəfər psixoloq hazırlanmışdır.
O cümlədən, Bakı Binzes universitetinin sosil iş ixtisası alan tələbələr üçün də belə seminarlar təşkil edilmişdir.

İnsan alveri probelmi sahəsində KİV əməkdaşaları üçün təlimlər, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Diasporalarla iş üzrə Dövlət Komitəsi, Turizm Agentliyinin əməkdaşları ilə Dəyirmi Masalar keçirilmişdir

Tədiqiqat işlər üzrə, təşkilat bu il ərzində üç tədqiqat işi aparmışdır.

“Azərbaycan Respublikasının vətəndaşı olan kişilərin gender əsaslı zorakılığa münasibətinin öyrənilməsi”- tədqiqatın həcmi 180 səhifə

İnsan alverinə şərait yaradan halların müəyyən edilməsi və onların aradan qaldırılmasına dair tədqiqat- tədqiqatın həcmi 150 səhifə

Miqrantaların HİV/AİDS xidmətlərinə çıxışın əlçatanlığı mövzusunda aparılmışdır.

Genderəsaslı zorakılıq qurbanlarına təhlükəsiz sığınacağın təşkili üzrə fəaliyyətdə, təşkilat il ərzində ümumilikdə 679 nəfərə xidmət göstərmişdir. Onlardan 320 qadın, 359 uşaq olmuşdur.

Sığınacağın xidmət paketinə:

Təhlükəsiz yer

Qida

Geyim

Hüquqi yardım,

Psixoloji Yardım,

Tibbi yardıma istiqamətləndirmə

Təhsilə bərpa

Peşə bacarıqlarının artırılması daxildir.

Sığınacaq xidmətindən tam xidmət paketi ilə təmin edilənlər 586 nəfər qadın və uşaq;
Natamam xidmət paketindən bəhrələnənlər 73 nəfər qadın və uşaq olmuşdur.

Monitorinq üzrə təşkilat genderəsaslı zorakılıqla bağlı KİV-in monitorinqini aparmışdır

Günərzi Mərkəzi üzrə 157 nəfər ailə müraciət etmişdir. Belə ki, uşaqların nəzarətsiz qalmasından ehtiyat edib, işləyə bilməyən tək anaların uşaqlarına dəstək üçün hər ay 30 nəfər uşağa dəstək göstərilmişdir. Uşaqların qida, geyim, təhsil və sağlamlıq məslələrinə dəstək verilmişdir.

Yardım xətti üzrə müraciətlərin sayı 4395 nəfər olmuşdur. Əsas müraciətlər, sosial problemlər- evsizlik, təhlükəsizlik – sığınacaq axtarışında olanlar, hüquqi məsləhət, ilkin psixoloji dəstəklə bağlı olmuşdur.
Əməkdaşlıq- Təşkilat – DİN, DİN-in İnsan Alverinə qarşı mübarizə Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Yerli İcra Hakimiyyətləri, TƏBİB, Səhiyyə Nazirliyi, Ombudsman Aparatı və digər qurumlarla sıx əməkdaşlıq etmişdir. O cümlədən Ali Təhsil müəssisəslərinin tələbləri üçün könüllük proqramları da qeyd edilən əməkdaşlığa aid edilmişdir. .

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv