!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Temperatur düşəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

!Reklam – Yazi

Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək, yağış və qar yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 20-si axşamdan 22-dək 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv