Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Temperatur yüksəlir

71b6029ca18913f8663b3dad651d8c3fBakıda 37, bəzi rayonlarda 38 dərəcə isti gözlənilir

Sentyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.

Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq(APA).

Loading...

www.yenicag.az

475
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100