!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tənəzzülə uğrayan, yerində sayan KİNOMUZ: “Bu sahədə təsadüfi adamlar çoxdur” - Ayaz Salayev

!Reklam – Yazi

Son vaxtlar tez-tez Azərbaycanda son illər kino yoxdur, əvvəlki səviyyədə keyfiyyətli filmlər çəkilmir kimi fikirlər səsləndirilir. Bəzən bu fikirlər elə tanınmış kino xadimləri tərəfindən də söylənilir. Maraqlıdır, həqiqətən son illər milli kinomuzda tənəzzül yaşanır?

Yenicag.az-ın sualını cavablandıran tanınmış rejissor Ayaz Salayev yeni filmlərin yaranması üçün şərtləri açıqlayıb:

“Cavabım qısa və konkret olacaq. Sənəti və kinonu sənət adamları yaratmalıdır. Bu gün belə adamlar Azərbaycan kinosunda çox azdır”.

Rejissor bu gün gənc rejissorlar tərəfindən ekranlaşdırılan və kinoteatrlarda nümayiş olunan kommersiya filmlərinə də münasibət bildirib.

O, “gənclərin çəkdiyi kommersiya filmləri sizi qane edirmi?” sualını belə cavablandırıb:

“Bu gün kinoda təsadüfi adamlar çoxdur. Yeni çəkilən bir çox filmləri görməmişəm. Baxmadağım filmlər haqqında da hər hansı bir fikir söyləyə bilmərəm. Amma baxdıqlarım məni qətiyyən qane etmir. Xüsusən də bədii səviyyə, istedad, savad baxımından… Maddi və texniki problemlər, təşkilatçılıq və digər məsələlər isə bundan sonra gəlir”.

Cəvahir

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv