!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TƏNQİDƏ TUŞ GƏLƏNLƏR: “Prezident Administrasiyasındakı məmurlar xalqın arasında baş verənləri gizlətməklə məşğuldurlar”

!Reklam – Yazi

“Şəxsən mənim özümün dəfələrlə etdiyim müraciətlərə Prezident Administrasiyasından cavab gəlmir”.

Bu fikirləri prezident İlham Əliyevin dünən keçirilmiş müşavirədə yüksək vəzifəli məmurlara yönəlik tənqidləri və bu iradlardan nəticə çıxarılmasının vacibliyi haqda danışan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin televiziya kanalları vətəndaşların problemlərinin işıqlandırılmasında daha da fəal olmalıdırlar:

“Cənab prezidentin sözügedən müşavirədəki çıxışını tam olaraq diqqətlə dinlədim. Çünki dövlət başçısının çıxışındakı hər bir cümlə ayrı-ayrılıqda təhlil olunacaq dəyərdə idi. Özəlliklə də Söyüdlü hadisələri ətrafında baş verənlərlə bağlı prezidentin səsləndirdiyi fikirlər, əlbəttə ki, bizim kimi ictimai rəylə işləyən insanlar üçün bir yol göstəricisidir.

Demək istədiyim odur ki, biz vaxtında nazirləri və başqa yüksək vəzifəli dövlət məmurlarını tənqid etdiyimizdə bəzən üstümüzə dəstə ilə tökülüşürlər, “prezidentə qarşı çıxmaqda” ittiham olunuruq. Bəzilərinin düşüncəsinə görə, prezidentin təyin etdiyi nazirləri, icra başçılarını tənqid etmək elə dövlət başçısına qarşı çıxmaqdır. Ancaq biz neqativ halları ona görə ictimailəşdiririk ki, nazirlər, digər məmurlar məsuliyyətsizlik hiss etməsinlər, üzərlərində ictimai nəzarət olduğunu görsünlər. Çünki dövlət nəzarəti nəinki bəzən, hətta çox vaxt yetərli olmur.

Bu sirr deyil ki, cənab prezidentin ətrafında, yəni Prezident Administrasiyasında oturan məmurlar xalqın arasında baş verənləri gözdən gizlətməklə məşğuldurlar. Problemlər haqqında danışılır, insanlar narazılıq ifadə edir və bu narazılıq prezidentə çatdırılmalıdır. Lakin bu halların prezidentə çatdırılmasının qarşısı alınır. Bunu nazirlər, icra başçıları, elə Administrasiyada oturanlar da edir… Şəxsən mənim özümün dəfələrlə etdiyim müraciətlərə Prezident Administrasiyasından cavab gəlmir.

Təsəvvür edin ki, mənim kimi ictimai fəal insanın yazılı müraciətinə cavab verilmirsə, bunlar hansısa ucqar dağ kəndində yaşayan vətəndaşın müraciətinə diqqət ayırarlarmı? Ayırmırlar. Ona görə də məsələlər gəlib bu həddə çatır. Bu həddə çatanda da prezidentin özü problemi həll etmək məcburiyyətində qalır. Halbuki həmin problemləri çox aşağı səviyyədəki məmurlar həll etməli idi. İndi prezident nazirin, yaxud da icra başçısının yerinə işləməlidir? O adamlar nə düşünürlər, nə ilə məşğuldurlar? Niyə vaxtında vətəndaşı dinləmirlər?

Cənab prezident də ona görə təmkinini qoruyaraq, amma bir qədər də sərt şəkildə o məsələni dünənki müşavirədə dilə gətirdi və biz də bundan bir qədər də ruhlandıq. Çünki bizim kimi insanlar o problemləri dilə gətirəndə, prezidentə qarşı çıxmaqda ittiham olunuruq, üstümüzə gəlirlər, bizi təhqir edirlər, əleyhimizə kampaniya aparırlar, gözdən salmağa çalışırlar. Ona görə bu məsələləri bizim yerimizə prezidentin özü dilə gətirməli olur.

İndi görək, o kampaniya aparanların prezidentə qarşı deyəcək sözləri varmı? Buyursunlar, bizi hədəfə aldıqları kimi, prezidenti də hədəfə alsınlar və üzərinə yürüsünlər. Yürüyə biləcəklərmi? Təbii ki, yürüyə bilməyəcəklər. O baxımdan, düşünürəm ki, bizim kimi, xüsusilə də tənqidi mövqedə olan insanlar cənab prezidentin bu çıxışından ilhamlanmalıdır.

Həqiqətən də, vətəndaşların problemlərini yüksək səviyyədə dilə gətirilməsi üçün daha geniş fəaliyyət göstərməliyik. Özəlliklə də Dövlət televiziyası, İctimai televiziya, digər telekanallar bu məsələlərin işıqlandırılmasında sinifdə qalmamalıdırlar. Vətəndaşların problemlərini vaxtında, həm də televiziya kanallarımız ictimailəşdirməlidir”.

A.Zeynalov

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv