!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tənzilə Rüstəmxanlı Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verdi

!Reklam – Yazi

Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib:

“Bu gün Azərbaycan Ağsaqqallar Şurasının sədri, Parlamentin Hesablayıcı komissiyasının sədri Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib.
Fəttah Heydərovun vəfatı xəbəri məni çox üzdü. Xəbəri sonsuz kədər hissi ilə qarşıladım. Onun vəfatı Azərbaycan xalqı üçün ağır itkidir.

Fəttah Heydərov müxtəlif dövrlərdə yüksək vəzifələrdə çalışmış, daim ağsaqqallığı, ziyalılığı, vətənə, xalqına, dövlətinə və dövlətçilik ənənələrinə sədaqəti ilə seçilib, yüksək insani keyfiyyətləri ilə cəmiyyətimizə örnək olan şəxslərdən biri kimi sevilib. O, daim Azərbaycan xalqının yaddaşında işıqlı insan, əsil ziyalı və ictimai xadim kimi qalacaq.

Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyi adından Fəttah Heydərova Tanrıdan rəhmət yaxınlarına səbr diləyir, bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm”.

www.yenicag.az

734
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv