Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tənzilə Rüstəmxanlı Sahil Qasımovu təbrik etdi

Bu gün Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovun 60 yaşı tamam olur.

Yenicag.az xəbər verir ki, bu münasibətlə, Azərbaycan Türkiyə Evinin başqanı Tənzilə Rüstəmxanlı AAK sədrini təbrik edib:

“Sizi, Azərbaycan diasporunun parlaq simalarından biri kimi 60 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm.

Siz Azərbaycanın haqlı savaşının Avropadakı bayraqdarlarındansınız. İllərlə Qarabağ həqiqətlərinin Qərbə çatdırılmasında müstəsna rol oynamısınız.

Rəhbərlik etdiyiniz Avropa Azərbaycanlıları Konqresi Azərbaycan diasporunun nüfuzlu ictimai təşkilatlarından birinə çevrilməyə və Avropa-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə inkişafına layiqincə töhfə verməyə nail olub. Əminəm ki, bundan sonra da ictimai fəaliyyətinizdə dövlətçilik prinsiplərinə sadiq qalacaq və Azərbaycanın Avropadakı Qalası olmağa davam edəcəksiniz. Sizi bir daha təbrik edir və ən xoş arzularımı bildirirəm”.

Loading...

www.yenicag.az

149
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100