!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ter-Petrosyan bu gedişlə Ermənistanı nələrin gözlədiyini çox dəqiq görür” – ŞƏRH

!Reklam – Yazi

“Onun özü 1998-ci ildə məhz Azərbaycana güzəştə getməyin vacibliyini dediyinə görə devrilmişdi”.

Bu fikirləri Ermənistanda müxalifətin etiraz aksiyalarının vüsət aldığı bu günlərdə ölkənin eks-prezidenti Levon Ter-Petrosyanın mövcud durumun təhlilinə həsr olunmuş məqaləsindəki fikirləri dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda yaranmış vəziyyət devrilmiş prezident olaraq Ter-Petrosyana yaxşı tanışdır:

“Ermənistanda revanşist adlandırılan qüvvələrin Paşinyan iqtidarına qarşı genişlətdikləri etiraz aksiyaları bu ölkəni yenidən təlatüm zolağına salıb. Əslində, 44 günlük müharibədə Azərbaycanın qələbəsindən sonra Ermənistandakı, əsasən. Rusiya tərəfindən dəstəklənən bu qüvvələr zaman-zaman baş qaldırırlar.

Sirr deyil ki, Ermənistan müxalifətinin bu aktivliyinin də arxasında yenə Rusiya dayanır. Hər halda, Ukraynaya hərbi təcavüz üzündən digər regionlara əvvəlki səviyyədə diqqət yetirmək imkanı azalan Rusiya Azərbaycanla Ermənistan arasında mümkün anlaşmanın baş tutmasında qətiyyən maraqlı olmadığını göstərir.

O baxımdan, Ermənistanın birinci prezidenti Ter-Petrosyanın öz məqaləsində cəmiyyətə daha ağır nəticələrlə bağlı xəbərdarlıq etməsi təsadüfi deyil. Bildiyiniz kimi, onun özü 1998-ci ildə məhz Azərbaycana güzəştə getməyin vacibliyini dediyinə görə devrilmişdi.

Ter-Petrosyan indi ölkəni bürüyən etiraz aksiyalarını da iyirmi beş il əvvəlki reallıq prizmasından qiymətləndirir, erməni cəmiyyətinə demək istəyir ki, o zaman güzəştə getsəydik, 2020-ci ildə sarsıdıcı məğlubiyyətə uğramazdıq. Bu üzdən, Ter-Petrosyan bu gedişlə Ermənistanı nələrin gözlədiyini çox dəqiq görür və həyəcan təbili vurur. Ermənilərin bu reallığı necə qəbul edəcəkləri artıq başqa məsələdir. Azərbaycan dövləti və ordusu hadsilərin istənilən inkişafına hazırdır”.

A.Zeynalov

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv