!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Təranə Səmədova yenidən saxlanıldı

!Reklam – Yazi

Bu gün tanınmış prodüser Təranə Səmədova polis tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində deyib.

“Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim”, – L.Azərtaş deyib.

O, sonradan T.Səmədova ilə danışdığını və özünün də məlumatı təsdiqlədiyini bildirib.

T.Səmədovanın 400 manat cərimə ödədikdən sonra sərbəst buraxıldığını qeyd edən aparıcı prodüserin polisə müqavimət göstərdiyi üçün saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv