!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərəflərin Baxmut PLANI:  Əks-hücum əməliyyatına hazırlıq, sonrakı proseslər... - ŞƏRH

!Reklam – Yazi

“Ukrayna Baxmutda rusları ləngidərək və qüvvələrin cəmləşməsini təmin edərək Krım üzərinə hücum edəcək”.

Bu fikri Rusiya-Ukrayna müharibəsi, Baxmut istiqamətində tərəflərin döyüşləri və yaxın gələcəkdə ehtimal olunan nəticələrə toxunan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Baxmut müharibənin qırılma nöqtəsidir:

“Baxmuta bir Rusiya, bir də Ukrayna tərəfdən yanaşmaq lazımdır. Rusiya üçün Baxmutun ələ keçirilməsi ən azı son 6-7 ayda qələbə kimi xalqa bir şəhərin əldə edilməsini çatdırmaq olacaq. Rusiyanın Baxmutu ələ keçirməkdən əl çəkməmə səbəblərindən biri budur. Ukrayna üçün isə Baxmut ruslara qurulmuş tələdir. Ukrayna Baxmutda Rusiya qüvvələrini sıradan çıxarmağa çalışır. Rusiya nə qədər də desə ki, elit qüvvələrini Baxmuta göndərəcək, biz onların müharibənin ilk 6 ayı ərzində sıradan çıxdığını bilirik. Məsələ ondan ibarətdir ki, bir şəhərin üzərinə 3, 6 ay vaxt və güc sərf olunursa, bu Rusiyanın gücünün nə yerdə olduğunu göstərir.

Ukrayna Baxmut üzərindən çox böyük vaxt qazandı. Baxmutun müdafiəsini Ukrayna üçün olmazsa-olmazı kimi göstərərək az qüvvəni ora yığdı, bütün ehtiyatlarını toparladı ki, əks-hücum əməliyyatına hazırlaşsınlar. Əks-hücum əməliyyatlarının keçirilməsi hazırdır. Təkcə şəxsi heyət yox, Qərbdəki tərəfdaşları tankar göndərdilər. Ukrayna ordusunun iki tank diviziyası qədər qüvvəsi var.

Ukrayna Baxmut üzərindən müharibənin qırılma nöqtəsini təşkil edəcək. Rusiya Baxmutda tükənəcək, dayanacaq, əsas qüvvələrini sözügedən şəhərə cəlb edəndə Ukrayna solu göstərib, sağı vuracaq. Ukrayna Krım üzərinə gedəcək. Krım üzərindən Ukraynanın nailiyyəti strateji sayılacaq. Donetsk, Luqansk üzərindən əldə edilən uğurlar isə taktikdir.

Çox güman Pentaqon və NATO əks-hücum əməliyyatlarının planlamasında Ukraynanı Krım üzərinə getmək üçün hazırlayırlar. May ayının axırlarında əks-hücum əməliyyatlarının başlaması gözlənilir.

Rusiya Baxmuta nəzarəti yarı təmin edib və digər istiqamətə çıxmağa hazırlaşır. Rusiyanın strateji hədəfi Donetsk, Luqansk sərhədlərini tamamlamaqdır.

Müharibənin uzanmasında Ukrayna və Rusiya maraqlı olmasa da, Çin, ABŞ və Avropa İttifaqı maraqlıdır. Çünki burada maraq təkcə Rusiyanın hərbi gücünü deyil, iqtisadi gücünü də bitirməkdir.

Hər iki tərəf taktiki səviyyədə 6 ay müddətində bir şəhər uğrunda döyüşürlərsə, güclər statik bərabərləşib. Ordular günü bitirirlər. Ona görə də yaxın zamanda əməliyyatlar teatrında fövqəladə bir şeyin baş verəcəyini gözləmək doğru deyil.

Ukrayna ciddi əks-hücum əməliyyatına hazırlaşır. Hücum hazırlıqlarının məxfi sənədləri yayıldı. Sənədlər yayılandan sonra vaxt uzana bilər. Yəqin ki, hücumun zamanı və planların içərisi dəyişəcək”.

Səxavət Məmməd

www.yenicag.az

632
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv