!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərlan Eyvazovun fərdi rəsm sərgisi keçirildi - FOTO

!Reklam – Yazi

Bu gün Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazovun 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş fərdi rəsm sərgisi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə rəssamlar, ictimaiyyət nümayəndələri, hərbi ekspertlər, ehtiyatda olan zabitlər iştirak ediblər. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov sərginin əhəmiyyətindən danışıraq bildirib ki, müharibə motivli rəsmlərdən ibarət sərgilərin təşkili vacibdir:

“Tərlan Eyvazovu təbrik edirəm. Bu tip sərgilər çox önəmlidir. Ehtiyatda olan zabit kimi sərgini çox bəyəndim. Müharibəyə aid rəsmlər çox maraqlı idi. Ümid edirəm ki, bu tip sərgilərin sayı artar. Rəssamların hərb sahəsinə müraciət etməsi lazımdır”.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl da sərginin əhəmiyyətini vurğulayıb:

“Təkcə kitablar, əsərlər, filmlər yox, müharibə ilə bağlı rəsm əsərlərinə də ciddi ehtiyac var. Hesab edirəm ki, bu tip sərgilər daha çox təşkil olunmalıdır”.

Politoloq Nəsimi Məmmədli müharibə mövzusuna çox az toxunulduğuna diqqət çəkib:

“Təəssüf ki, müharibə ilə bağlı keyfiyyətli filmlər çəkilmir, kitablar da azlıq təşkil edir. Tərlan bəy bu mövzuya toxunmaqla çox önəmli bir addım atıb”.

Tərlan Eyvazov sərgidə iştirak edən qonaqlara və tədbirin təşkilatçılarına təşəkkür edərək bunları deyib:

“Tədbir gözlədiyimdən də maraqlı keçdi. Təəssüf ki, bu tip sərgilərə sponsor tapmaq hər zaman çətin olur. Nədənsə, iş adamları sərgilərin keçirilməsində maraqlı deyillər. Ancaq “AZMAN Holding” bu məsələyə diqqət ayırdı. Onlara da təşəkkürümü bildirirəm”.

Səxavət Məmməd

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv