!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Terrora görə bütün futbol oyunları təxirə salındı

!Reklam – Yazi

Rusiyada Birinci Liqanın 24-cü turunun bütün oyunları “Crocus”da baş verən terror aktı ilə əlaqədar qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Futbol Liqasının (FNL) Telegram kanalı məlumat yayıb.

“Bütün Milli Futbol Liqası “Crocus City Hall”da baş vermiş faciəvi hadisə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və onlara dəstək olur”, – bəyanatda deyilir.

Rusiya millisinin martın 25-də Paraqvayla oyunu da ləğv olunub.

Moskva meri Sergey Sobyanin “Crocus”da baş verən faciə ilə əlaqədar martın 23 və 24-də şəhərdə bütün kütləvi tədbirləri ləğv edib.

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv