!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Terrorçu dövlət imici qazanan İranın təcavüzkar Rusiyanı dəstəkləməsi...” – ŞƏRH

!Reklam – Yazi

“İranın ali dini rəhbəri son çıxışlarında Rusiyanın Ukraynaya hərbi müdaxilə addımını müdafiə edib”.

Bu fikirləri İranın eks-prezidenti Mahmud Əhmədinejadın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləməsinə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Əhmədinejaddan fərqli olaraq, İran rəhbərliyi özləri ilə eyni mahiyyətdə olan Rusiyanı açıq formada dəstəkləyir:

“Əslində, bu gün Əhmədinejad İranda hər hansı nüfuz və səlahiyyət sahibi deyil. Ona görə də onun yanaşması İranın mövqeyi kimi qiymətləndirilə bilməz.

Bu ölkənin rəsmi mövqeyini Xameneyi ifadə edib və o, Ukraynaya hərbi təcavüz edən Rusiyanın bu müdaxiləsini birmənalı dəstəkləyib.

Hər kəsə məlumdur ki, İranla Rusiyanın münasibətləri çox yaxındır və onlar hər zaman bir-birilərinin addımlarını tam, ya da qismən dəstəkləyirlər.

Digər tərəfdən, dünyada terrorçu dövlət imici qazanan İranın Ukraynaya təcavüz edən Rusiyanı dəstəkləməsi təbii qarşılanmalıdır.

Xatırlayırsınızsa, 44 günlük Vətən müharibəsinin gedişində İran rəsmiləri Moskvanı su yoluna döndərərək Azərbaycanın tezliklə öz sərhədlərini bərpa edəcəyini deyir, Rusiyanı buna yol verməməyə çağırırdı. Amma məqsədinə nail ola bilmədi”.

A.Zeynalov

www.yenicag.az

1114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv