!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorçular “Krokus”dan əlavə daha bir hücum PLANLAŞDIRMIŞDI - FOTO

!Reklam – Yazi

“Krokus Siti Holl”da törədilən terror aktının təşkilatçıları eyni vaxtda Mərkəzi Asiya ölkələrindən birində növbəti terror aktı hazırlayırdılar, lakin onun qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə “İzvestiya”ya məlumatlı mənbə bildirib.

Nəşrin həmsöhbəti növbəti terror aktının planlaşdırıldığı ölkənin adını açıqlamayıb. Lakin o, bunun “Krokus Siti Holl”a silahlı hücumla eyni vaxtda baş verməli olduğunu qeyd edib.

Mənbə Moskvada terror aktının hazırlanmasının əvvəllər məlum olmayan təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, cinayətkarlar konsert zalını adi benzinlə yandırıblar.

“Konsert zalına gedərkən yanacaqdoldurma məntəqəsində dayanıblar, benzin alıb plastik butulkalara töküblər. Sonra ondan istifadə edərək zalı yandırıblar”, – nəşrin mənbəsi deyib.

Xatırladaq ki, terrorçuluqda təqsirləndirilən dördü də Tacikistan vətəndaşıdır, onlar iki ay müddətinə həbs edilib.

Xuraman Etibarlı

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv