Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Terrorçuların məhv edilmə anının dəhşətli kadrları - VİDEO 18+

İdlib şəhərində “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının döyüşçüləri İŞİD-in çeçen dəstəsinin qərargahına basqın ediblər.

Yenicag.az bildirir ki, qruplaşmanın “əks-kəşfiyyat”ı İdlibin qərbində İŞİD terror təşkilatının hüceyrələrindən birini aşkar edib və oranı basqınla ələ keçirib.

Hücum zamanı binadakı iki nəfər İŞİD-çi “Hayat Təhrir Əş-Şam” döyüşçülərinə ciddi müqavimət göstərib. Lakin onlardan biri çeçen Abu Səid yaralanıb və ələ keçib. Daha sonra qruplaşma üzvləri yaralının başını kəsiblər.

Bildirilir ki, Abu Səid İdlibdəki İŞİD başçılarından biri sayılırdı.

İkinci şəxs Abu Aişa Sahilini isə sağ saxlayaraq, girov kimi özləri ilə aparıblar.

Qərargahın axtarışı zamanı orada silah arsenalı aşkar edilib. Kalaşnikov avtomatları, “Tip 67” Çin pulemyotları, RPQ-7 qumbaraatanları və s. döyüş sursatları götürülüb.

Bütün əməliyyatı “Hayat Təhrir Əş-Şam” terror qruplaşmasının media qanadı lentə alıb.

Zaur H.

www.yenicag.az

4709
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS