!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tərtər işi" GÜNDƏMDƏ: "Bütün faktlar üzə çıxarılacaq" - Partiya sədri

!Reklam – Yazi

“Təkrar araşdırmanın gedişində bütün faktlar üzə çıxarılacaq”. 

Bu sözləri “Tərtər işi”nin yenidən araşdırılmasına münasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədri vurğulayıb ki, bu proses bütün hallarda müsbət addımdır:

“Son dövrlərdə ictimailəşən faktlar onu göstərir ki, “Tərtər işi” çərçivəsində həqiqətən də çoxsaylı qanun pozuntularına yol verilib və ağır işgəncələr tətbiq edilib. Məqsəd isə Aprel döyüşlərindən qalib çıxan Silahlı Qüvvələrimizin döyüş ruhunun “5-ci kolon”a bağlı olan şəxslərin əli ilə sarsıdılması, Qarabağı güc yolu ilə qaytarmaq qüdrətimizə inam hissinin tamamilə öldürülməsi olub. Təkrar araşdırmanın gedişində faktların hamısı üzə çıxarılacaq və kimliyindən asılı olmayaraq, bu işdə əli olan günahkarların hər biri layiqincə cəzalandırılacaq. Heç kimin buna şübhəsi olmasın. Təkrar araşdırmanın aparılması bütün məsələlərə aydınlıq gətirəcək və əsl günahkarlar üzə çıxarılıb ifşa ediləcək. Ordumuzun nüfuzuna xələl gətirmək istəyən, onun döyüş gücünü zəiflətmək məqsədini güdən qara qüvvələr cəzasız qalmayacaq.

Ordumuzun nüfuzuna sarsıdıcı zərbə vurmağa cəhd göstərən xainlər ədalət qarşısında mütləq cavab verəcəklər. Odur ki, istintaqın nəticələrini gözləməliyik. Yeni istintaq qrupunun yaradılmasının müsbət nəticələrini görəcəyik”.

Gülşən Şərif

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv