!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tərtər işi"ndə cəsusluq FAKTI: "Bundan çəkinmək lazım deyil" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“44 günlük savaşda qazanılan qələbə, orada şəhid olan oğullar bu qədər təbliğ olunmur, mənfi məsələmiz olan “Tərtər işi” daha çox qabardılır”.

Bu fikri “Tərtər işi”nin yenidən araşdırılması və bu sahədə uzun zamandır manipulyasiyanın olmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsələndirib.

Tərlan Eyvazov “Tərtər işi”nin yenidən araşdırılmasını müsbət addım kimi qiymətləndirib:

İlk gündən deyirdik ki, bu məsələ bitməyib və araşdırılmalıdır. Burada bir tərəf deyir ki, cəsusluq olmayıb, hakimiyyət tərəf isə cəsusların olduğunu bildirir. Rəsmi olaraq bildirilir ki, həbs edilənlər arasında faktiki olaraq cinayətkar olanlar var. Ölənlər arasında da xətası olanların olduğu qeyd edilir.

Məsələ ondadır ki, mən də, siz də, İlham İsmayıl da, İqbal Ağazadə də bu məsələ yenidən araşdırılsın demişik. Əvvəl müxtəlif bəhanələrlə bu işi yenidən araşdırmaqdan  çəkinirdilər. Bu gün dövlət başçısının iradəsi ilə bu işin yenidən araşdırılması olduqca təqdirə layiq hadisədir. Məxsusi olaraq, bu işin Hərbi Prokurorluqdan alınıb, Baş Prokurorluğun nəzarətinə verilməsi müsbət addımdır. İşin ilk mərhələsində istintaqda olan şəxslərin yeni istintaq qrupunda olmaması da təqdirə layiq addımdır. Bildiyim qədər, istintaq qrupuna üç qurumdan ixtisaslı, bacarıqlı kadrlar cəlb olunub.

Mənə belə gəlir ki, bu işin kökündən yoxlanılması olduqca vacibdir. Çünki bu məsələnin ətrafında həddən ziyadə şişirtmələr gedirdi. İstintaq zamanı işgəncə verilməsi, bəzi şəxslərin öldürülməsi inamsızlıq yaratmışdı. Bu da istintaqın gedişinə kölgə salırdı. Bəziləri elə hesab edir ki, orada heç bir cəsusluq faktı olmayıb. Məsələ ondadır ki, cəsusluq məsələsindən çəkinmək lazım deyil. Bütün müharibələr tarixində hər iki müharibə aparan tərəfin bir-birinə qarşı belə metodlardan istifadə etməsi normal qarşılanır. Müharibə varsa, cəsusluq da olacaq. Kim nə bilir ki, Azərbaycan tərəfi düşmənə qarşı hansı tədbirlər görüb? Bunlar gizli saxlanılır. Hələ 2003-cü ildən bəri mətbuatda qısa faktlarla belə məsələlərin olmasını görüb, eşidirdik. Eləcə də, Ermənistan mətbuatında Azərbaycanın hərbi kəşfiyyatına işləyən adamların ara-sıra tutulmasını oxumuşuq. Burada qeyri-adilik axtarmaq doğru deyil.

2016-cı ilin aprel döyüşlərindən sonra müəyyən fikirlər yaranmışdı. Dəfələrlə deyirdik ki, düşmən aprel döyüşlərinin intiqamını çıxacaq. Düşünürdük ki, işğaldan azad etdiyimiz yüksəkliklərin geri alınması məsələsi olacaq. Ancaq gəlib bu çıxdı. Bu işə aidiyyatı olan orqanlar işə başlamaq əvəzinə, nazirliyin içərisində daxili təhlükəsizlik idarəsi fəaliyyətə keçdi. Nazirlik işə başlayanda işgəncə və ölüm faktları meydana gəldi. Aidiyyatı orqanlar gəlib məsələyə müdaxilə edəndə, artıq iş işdən keçmişdi. Çox böyük hadisələr, cianayətlər baş vermişdi. Orada olan bütün zabitlərin və əsgərlərin dindirilməsi olduqca böyük xof yaratmışdı. Ölənləri basdırarkən heç kim ona yaxınlaşmır ki, cinayətkarsan, işgəncə görmüş şəxs həkim müayinəsinə aparılır, həkim baxmır ki, cəsussan. Araşdırılmadan, məhkəmə qərarı olmadan onların hamısına vətən xaini damğası vurulması prosesi bu qədər mürəkkəbləşdirdi. Əgər ölən şəxslərdən hansısa biri düşmənlə əlaqəli idisə, onların sağ qalması lazım idi. Bu həm qanuna uyğundur, həm də bilinərdi ki, kimə və necə işləyir. Adına “Tərtər işi” qoyulan proses çox ciddi səhv idi”.

Hərbi ekspert qeyd edib ki, hərbi qələbəni həzm edə bilməyənlər, bu və digər faktorlardan istifadə etdilər:

“Təsəvvür edin ki, adlı sanlı analitiklər Suqovuşanda Hikmət Həsənovun gördüyü işə mədhiyyə yazanlar, az qala onu milli qəhrəmana çevirib ad gününü təbrik edənlər, təriflər yağdıranlar çox qısa müddət sonra onu vətən xaini elan etdilər. Eləcə də Mais Bərxudarovu, Mübariz Rzayevi. Hətta iş o yerə çatdı ki, artıq Hikmət Mirzəyevə qarşı çamurlar atmağa başladılar. Bu işlərin məqsədyönlü olması, orduya çamur atılması, ordunun gözdən salınması, onunla bir yerdə xalqın gözdən salınması yönündə işlərin getdiyindən xəbər verir. Çox yaxşı ki, dövlət belə bir qərar verdi. Bu məsələdə əli olan bloggerlər, xaricdən ölkəyə çamur yağdıranların komissiya yaradılandan sonra məsələyə münasibətini gördükdə, dediklərimizin doğru olduğu üzə çıxır. Onlar komissiyanın yaradılmasından da məmnun deyillər. Bu məsələyə Avropada baxılası deyil. Hər bir məsələ birinci növbədə ölkədə həll olmalıdır.

Düşünürəm ki, bu məsələnin çözülməsində fəal olanlar, jurnalistlər komissiyanın işinə yardım göstərməyə çalışmalıdır. Komissiya buütün bu işlərin öhdəsindən ləyaqətlə gəlsin. Dünyanın bütün ordularında belə hallar olub. Lakin bu cür açıq şəkildə təbliğ olunmur. 44 günlük savaşda qazanılan qələbə, orada şəhid olan oğullar bu qədər təbliğ olunmur, mənfii məsələmiz təbliğ olunur. Xaricdə qalib ordu kimi bizi nümunə göstərirlər, generallarımızı dəvət etmək istəyirlər ki, gedib onların məsələsini həll edək, ancaq özümüz öz içərimizdə mənfiləri qabardırıq. Belə olmaz. Bu doğru yanaşma deyil”.

Səxavət Məmməd

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv