!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tərtər işi”ndə işgəncə ilə öldürülən hərbçiyə bəraət verildi

!Reklam – Yazi

2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində ölən Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.

Yenicag.az xəbər verir ki, dövlətə xəyanət ittihamı ilə onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqındakı qərarı ləğv edib.

Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb.

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv