!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tərtər işi"nin araşdırılması ilə bağlı QƏRAR: "Sadalanan faktların hamısı..." - ŞƏRH

!Reklam – Yazi

“Çox sevinirəm ki, “Tərtər işi”nin araşdırılması ilə bağlı Baş Prokurorluq qərar qəbul edib”.

Bu sözləri Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılmasına münasibət bildirən Ümid Partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında deyib.

İqbal Ağazadə bildirib ki, onlar da “Tərtər işi”nin yenidən araşdırılması üçün daha bir istintaq qrupunun yaradılması mövqeyində olublar:

“Bu iş obyektiv araşdırılmalıdır. Səslənən fikirlər, sadalanan faktların hamısı yenidən araşdırılmalıdır. Hadisələrin bu gedişindən məmnunam. “Tərtər işi” ilə bağlı tələb etdiyimiz məhz bu idi. “Tərtər işi” ilə bağlı hər kəs fərqli düşünə bilər, fərqli yanaşa bilər, fərqli informasiyalar ala bilər. Əsas bu işin rəsmi qaydada aparılması, zərərçəkənlərin, şahidlərin, şübhəli şəxslərin yenidən dindirilib, onlara status verilməsidir. Əminəm ki, cəmiyyətin basqısı, yanaşması prosesin obyektiv aparılmasına və cinayətkarların cəzalandırılmasına gətirib çıxaracaq”.

Səxavət Məmməd

www.yenicag.az

729
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv