!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tərtər işi"nin yenidən araşdırılması əvvəlki quruma həvalə olunmamalıdır" - Hərbi ekspert

!Reklam – Yazi

“Bu məsələ Avropadan o qədər də yaxşı görünmürdü. Ola bilsin, Brüssel görüşündə bu məsələnin üstünə gəlinib və “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılması da bununla əlaqədar olsun. Bu, nəticə etibarı ilə mövcud vəziyyətdə stiuasiyanı yumşalda, səngidə biləcək layiqli bir addımdır”.

Bu fikri Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılması və hərbiyə bunun təsirini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, “Tərtər işi”nin yenidən araşdırılması bu istiqamətdə istintaq aparan əvvəlki quruma həvalə olunmamalıdır:

“Əgər Baş Prokurorluq öz əməkdaşlarının araşdırdığı işə dair istintaq qurupu müəyyən edirsə, əvvəl bu işin içində olanlar yeni qrupun xaricində qalmalıdır. Bunu etmək çətin olacaq. Araşdırma nəticəsində ən yüksək səviyyəyə qədər gedib çıxılacaqsa və cəzalandırılacaqlarsa bu işin yenidən başlanması labüddür və ehtiyac var. Əks təqdirdə yenidən araşdırmaya görə yalnız ikinci, üçüncü, dördüncü dərəcəli əmri icra edən hərbçilər cəzalandırılacaqlarsa, bu, o demək olacaq ki, prosesin nəticəsinə tam nail olunmayacaq.

Özləri və övadları mənəvi və maddi zərər görmüş insanlar dövlət orqanlarından iki şey istəyir.

Birincisi onların haqları tanınsın. Bəzi hərbçilər “presə” dözməyib, başqa hərbçilərin adlarını çəkiblər və beləcə istintaqa cəlb edilənlərin sayları artıb, daha sonra istintaqa cəlb edilənlər bəraət alıblarsa, onların bəraət hüquqları tanınmalıdır. İnsanlar istintaq nəticəsində fiziki, mənəvi, psixoloji sarsıntı keçiribsə, bunun maddi qarşılığı olmalıdır. Elə hərbçilər olub ki, proses zamanı ölüb. Onların ailələrinin istəkləri odur ki, həmin şəxslərə şəhidlik statusu verilsin, haqları tanınsın. Necə ki, 1937-38-ci illərdə babalarımız represiya olunmuşdu, 1953-cü ildə onlara haqlar verildi və onların ailələri normal həyata dönə bildirlər. Eyni proses bu işin üzərində də getməlidir ki, ailələr bu işdən tətmin olunsunlar.

İkinci hissə ondan ibarətdir ki, ailələr istəyir qanunsuz sorğuda iştirak edənlər cəzalandırılsınlar. Nəticə etibarı ilə bu araşdırma konkret adamların adına və siyahıya çıxaracaqsa, o adamlar araşdırmanı düzgün aparmadıqları, yalnış yönləndirdikləri üçün cəzalandırılacaqlar. Əgər həqiqətən də, nəticə belə olacaqsa, hamımız bu prosesi alqışlamalıyıq.

Bunun gözləntiləri nə səviyyədə doğruldacağına, xüsusən də araşdırma apraran orqanların birinci şəxslərinə nə dərəcədə əlçatanlıq, cavabdehlik baxımından mümkün olacaq, bu biraz mübahisəli məsələdir.

Yenidən araşdırma o deməkdir ki, soruşdurma aparan şəxslər istintaqa çağırılacaq. İstintaqa çağırılan zabit, gizir nə deyəcək? Görəndə ki, həyati təhlükə yaranıb, ona əmr verildiyini deyəcək. Əmri kim verib? Dolayısı ilə ötürə-ötürə gedib birinci əmrə çıxmalıdırlar. Ondan sonra soruşular ki, sizə yalnız əmr gəlmişdi və bilirdinizsə yalnış əmrdir, niyə icra etmisiniz? O zaman onun cavabdehliyi yaranar. Hüquqi bilməməzlik məsuliyyətdən azad etmir”.

Səxavət Məmməd

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv