!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tərtər işi"nin yenidən ARAŞDIRILMASI: "Şəffalıq və ictimai nəzarət qurulacaqsa, bir nəticə əldə ediləcək"

!Reklam – Yazi

“İstintaq qrupuna elə bir etimad vermək lazımdır ki, hər kəs araşdırmanın obyektiv, qərəzsiz, siyasi sifariş yerinə yetirilmədən aparıldığına inansın. O zaman ciddi nəticə əldə ediləcək”.

Bu fikirləri “Tərtər işi”nin yenidən araşdırılması və zərərçəkmiş şəxslərin artıq ifadələrinin alınmasına başlanmasına münasibət bildirən Haqq Ədalət Partiyasının (HƏP) Məclis sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, prosesə ictimai nəzarət olmasa, istənilən nəticə əldə edilməyəcək:

“Tərtər işi”nin yenidən araşdırılması ictimai basqı nəticəsində təkarar istintaqa gətirib çıxardı. Təkrar istintaqın şəffaflığı çox önəmlidir. Medianın ictimai nəzarətinin bu işdə olması çox mühümdür. Şəffalıq və ictimai nəzarət qurulacaqsa, bir nəticə əldə ediləcək. Azərbaycan ordusunun içərisinə salınmış cəsus şəbəkəsi, işgəncə verənlər ifşa olunacaqlar”.

Səxavət Məmməd

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv