!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərtərdə ağır yol qəzası: minik avtomobil traktorla toqquşdu

!Reklam – Yazi

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 9-da saat 19 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisində Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurub. Nəticədə R.Əlizadənin sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv