!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib - YENİLƏNDİ

!Reklam – Yazi

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib.

Bu barədə  Yenicag.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır

***

Martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir.

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv