!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərtərdə daha bir şəxs minaya düşdü - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı məlumat yayıb.

ANAMA-nın Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, fevralın 5-də Tərtər rayonunun Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə mina hadisəsi baş verib.

Keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən baş verən piyada əleyhinə mina partlayışı zamanı Tərtər rayonunun Umudlu kənd sakini 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb.

Zərərçəkən şəxs Bərdə rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

13:50


Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, 1966-ci il təvəllüdlü Azər Əhməd oğlu Məmmədov heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

***

12:32

Tərtər rayonunda mina partlayışı baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv