Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Ələsgərli kəndi ərazisində 1 ədəd əlqumbarasının tapılması barədə məlumatlar daxil olub.
Yenicag.az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə su kanalına baxış keçirilib, aparılan operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.