!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tərtərdə mina partladı - XƏSARƏT alanlar var - YENİLƏNDİ

!Reklam – Yazi

Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb.

Bu barədə Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən birinə – 1963-cü il təvəllüdlü Alışah Səfərova ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb. Digər şəxsin vəziyyəti isə kafi olaraq qiymətləndirilir, hazırda həkim müşayiəti altındadır.

Xatırladaq ki, bu gün Tərtər rayon prokurorluğu rayonun Çaylı kəndi ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Kənd ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib../Trend/

*** 15:27

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Yenicag.az bildirir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv