Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Tərtərdə qadın ehtiyatsızlıqdan özünü güllələdi

Tərtərdə qadın pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində qolundan xəsarət alıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 27-də Tərtər rayon sakini olan bir qadının Bəyimsarov kəndindəki evinin həyətində pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən qol nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən “Kralsal-15” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1688
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM